Li Minq: "Sinxua agentliyi AZƏRTAC-la əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsini istəyir "

Li Minq: "Sinxua agentliyi AZƏRTAC-la əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsini istəyir "
19:42 21 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Sinxua agentliyi AZƏRTAC ilə əməkdaşlığı yeni məcrada inkişaf etdirilməsində və daha da genişləndirməsində maraqlıdır.

Bu fikri Çinin Sinxua agentliyinin Cənubi Qafqaz bürosunun rəhbəri Li Minq dekabrın 21-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin tarixi, fəaliyyəti, beynəlxalq media qurumlarında iştirakı barədə qonağa məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir.

Görüşdə ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasında müstəsna xidmətləri xatırlanıb. Habelə prezident İlham Əliyevin bu yaxınlarda Çinə məzmun, forma və status etibarilə fərqlənən tarixi səfərinin əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyət daşıdığı, hər iki ölkənin son 10 ildə sabit və dinamik inkişafı təmin etdiyi vurğulanıb.

2016-cı ildə Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və V Dünya Xəbər Agentlikləri Konqresinin keçiriləcəyi barədə qonağa məlumat verilib. Qeyd olunub ki, bu beynəlxalq tədbirlərdə çinli nümayəndələrin də iştirakı agentliklərimiz arasında əlaqələrin inkişafına töhfə verəcək.

Baş direktor Sinxua agentliyinin beynəlxalq media alyanslarında AZƏRTAC-a verdiyi dəstəyi yüksək qiymətləndirib və buna görə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, AZƏRTAC da öz növbəsində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Sinxua ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bu əməkdaşlığa qarşılıqlı informasiya mübadiləsi, iki agentlik arasında imzalanmış müqavilənin müasir dövrün çağırışları nəzərə alınmaqla yenilənməsi, müştərək layihələrin həyata keçirilməsi daxil ola bilər.

Məlumat verilib ki, AZƏRTAC ötən ildən Çin dilində informasiya yayır və bu, çinli oxuculara Azərbaycanın reallıqları ilə daha yaxından tanış olmaq üçün geniş imkanlar yaradır. AZƏRTAC, eyni zamanda, Azərbaycandakı Konfutsi İnstitutu ilə sıx qarşılıqlı əlaqələr qurub. Agentlikdə həftədə iki dəfə Çin dili kursları keçirilir, tədrisdə fərqlənən əməkdaşların Çinə səfərləri təşkil olunur.

Sinxua agentliyinin Cənubi Qafqaz bürosunun rəhbəri Li Minq AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək onunla əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qonaq Sinxua agentliyinin regionda fəaliyyətini daha da canlandırmaq, bu istiqamətdə struktur islahatları həyata keçirmək barədə düşündüyünü və AZƏRTAC ilə əlaqələrini yeni məcrada inkişaf etdirməsinin prioritet olduğunu vurğulayıb. Li Minq iki agentlik arasında informasiya mübadiləsini genişləndirmək, hər iki ölkə ictimaiyyətini Çinin və Azərbaycanın həyatı ilə yaxından tanış etməyə imkan verən müştərək layihələr reallaşdırmaq arzusunu bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57

Daha bir dövlət Rusiya qazından imtina edir

22 Sentyabr 2017 20:48

Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

22 Sentyabr 2017 20:47

AVRO-2017: Millimiz darmadağınla başladı

22 Sentyabr 2017 20:44

Azərbaycan voleybolçuları Avropa çempionatında ilk oyunu qələbə ilə başa vurublar

22 Sentyabr 2017 20:44

Bu bölgəmizdə qorxulu bəla peyda olub -

22 Sentyabr 2017 20:40

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

22 Sentyabr 2017 20:37

Bakıda sərnişin avtobusu piyadanı vurdu - FOTO

22 Sentyabr 2017 20:33

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

22 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində “Sevgili Canan” adlı konsert keçirilib

22 Sentyabr 2017 20:31

İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

22 Sentyabr 2017 20:19

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 20:17

Ölkə prezidenti yığmamızın oyununda

22 Sentyabr 2017 20:09

İstanbul bələdiyyə başçısı istefa verdi

22 Sentyabr 2017 20:08

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Sentyabr 2017 20:03

İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verib

22 Sentyabr 2017 20:02

Zirzəmidə tapdığı seyf həyatını dəyişdi -

22 Sentyabr 2017 20:00

İlham Əliyev voleybol matçında - FOTO

22 Sentyabr 2017 19:58

Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək

22 Sentyabr 2017 19:49

Dünən kraliça oldu, bu gün tacı əlindən alındı - TÜRKİYƏDƏ QALMAQAL - FOTOLAR

22 Sentyabr 2017 19:48

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

22 Sentyabr 2017 19:42

Azyaşlı cinsi istəyi artıran dərman içdi -

22 Sentyabr 2017 19:39

Bərzani SON SÖZÜNÜ DEDİ: “Referendum...”

22 Sentyabr 2017 19:38