Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva İstanbulda Belqrad Ormanında idman edərkən kameralara tuş gəlib.
Milli.Az axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model xüsusi olaraq çalışdığı idman müəllimi Ufuk Coşkunla məşqlərini fasiləsiz davam etdirdiyini bildirib.
Günay: "Formada qalmaq üçün tez-tez bura gəlirəm. Buranın oksigeni mənə daha çox motivasiya verir", - deyib.
Milli.Az