Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub

20:32 21 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstanda 2016-cı il üçün “Şuşa” tematik təqvimi təqdim olunub.
Səfirlikdən "Report"a verilən məlumata görə, təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonrakı dövrünü əks etdirən fotoşəkillərdən istifadə olunub.
Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumat da daxil edib.
“Şuşa” təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb. Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/macaristanda-2016-ci-il-ucun-susa-tematik-teqvimi-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR