İsmayıl Qəhrəman Dövlət Bayrağı Meydanı ilə tanış oldu

İsmayıl Qəhrəman Dövlət Bayrağı Meydanı ilə tanış oldu
20:34 21 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman Azərbaycana rəsmi səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olub. APA-nın məlumatına görə, qonağa Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Dövlət Bayrağı Muzeyi ilə tanış olan Türkiyə parlamentinin sədri burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıb.

 

İsmayıl Qəhrəman muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR