Bakı. 21 dekabr. REPORT.AZ/ Noyabrın 20-dən dekabrın 1-nə kimi Azərbaycanda İİV-lə (İnsanın İmmun çatışmazlığı Virusu) bağlı keçirilən Avropa Həftəliyinin yekun nəticələri açıqlanıb. Bu barədə "Report"a məlumat verən Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Ceyhun Nəcəfov bildirib ki, 10 artıq şəhər və rayonda keçirilən tədbir zamanı 2 587 nəfər testdən keçib.
Mərkəz rəsmisinin sözlərinə görə, həmin insanlardan yalnız 2 nəfərində İİV infeksiyası aşkar olunub ki, onların hər ikisi gəncdir.
O bildirib ki, əsas məqsəd erkən yoluxmanı aşkar etməkdir.
Xatırladaq ki, müayinələr əsasən dövlət və özəl təşkilatlarda, eləcə də bir neçə ali təhsil müəssisələrində keçirilib.
Qeyd edək ki, İİV-lə bağlı keçirilən Avropa Həftəliyi Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi baş tutub.