Səfurə İbrahimova: "Evimə kimi buraxıram, kimi buraxmıram - özüm bilərəm"

Səfurə İbrahimova: "Evimə kimi buraxıram, kimi buraxmıram - özüm bilərəm"
21:17 21 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış teatr və kino incisi, xalq artisti Səfurə İbrahimova uzun illərdir ki, qapalı həyat tərzi keçirir. Milli.Az əməkdaşının telefon zənginə cavab verən aktrisa yaşayışından və insanların ona olan sevgisindən danışıb:

"Şükürlər olsun, səhhətim və yaşayışım çox yaxşıdır. Hava şəraiti ilə əlaqədar olaraq çölə çox nadir hallarda çıxıram. Əgər nəyəsə ehtiyacım olarsa, mağazadan alıb gətirirəm. Yolda, mağazada, getdiyim hər yerdə insanların xoş münasibəti ilə qarşılaşıram. Bəzən bu münasibət məni bezdirir, bəzən kövrəlirəm. Zəng edib mənə deyirlər ki, niyə evinizə heç kimi buraxmırsız? Evimə kimi buraxıram, kimi buraxmıram - özüm bilərəm. Elgiz yeganə insandır ki, mən onu evimə çəkiliş üçün buraxmışam. Biz onunla dostuq".

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/390146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR