Prezident ən yaxşı 50 ümumi təhsil müəssisəsini və 100 ən yaxşı müəllimi mükafatlandırıb

21:23 21 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazanmış ümumi təhsil müəssisələrinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən respublikanın şəhər və rayonlarının 50 ümumi təhsil müəssisəsinin hər birinə 10 min manat məbləğində birdəfəlik pul mükafatı ayrılıb.
Prezidentin digər Sərəncamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan 100 müəllim də mükafatlandırılıb. Onların hər biri üçün ayrılan mükafatın məbləği 5 min manatdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_en_yaxsi_50_umumi_tehsil_muessisesini_ve_100_en_yaxsi_muellimi_mukafatlandirib-913114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR