"Qvardiola az qala, buna görə üzr də istəyirdi"

"Qvardiola az qala, buna görə üzr də istəyirdi"
21:37 21 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Bayern Munchen"in direktoru Karl-Hayns Rummenige Qvardiolanın müqaviləni yeniləməmək barədə qərarından 2 həftə öncə xəbərdar olduğunu bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman futbol funksioneri onun yeni iş yerini bildiyini də qeyd edib.

"İki həftə öncə Milad münasibətilə keçirilən tədbirdə Qvardiola mənə yaxınlaşıb yeni sınaq axtardığını söylədi. O, az qala, buna görə üzr də istəyirdi. Məncə, onun harda işləyəcəyini bilirəm. Amma bunun elan olunmasını məşqçinin özünə və yeni əməkdaşlarına buraxıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR