"Xəzər Lənkəran" buraxıldı (FOTO)

"Xəzər Lənkəran" buraxıldı (FOTO)
21:51 21 Dekabr 2015
82 İdman
Ölkə mətbuatı
A- A+

İlin son oyununda "İnter" klubuna məğlubiyyətdən sonra "Xəzər Lənkəran” sərbəst buraxılıb.

ANS PRESS-in məlumatına görə, komandanın sonrakı taleyinə aydınlıq gələndən sonra klubun harada toplanacağı da məlum olacaq.

Dekabrın 25-i tarixinə qədər baş məşqçi Yunis Hüseynovun klub prezidenti Mais Mənsimovla görüşəcəyi gözlənilir. Məhz həmin görüşdə komandanın dövrələrarası qış fasiləsi üçün hazırlıq planları ətrafında müzakirələr aparılacaq və transferlərlə bağlı yekun qərar qəbul olunacaq. Bundan sonra heyətin toplanacağı gün də müəyyənləşəcək.


Orxan Sadıqlı

Bu gün "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubla yollarını ayıraraq bundan sonra "Qarabağ"ın uğurları üçün çalışacaq. İşləri yolunda getməyən "Xəzər Lənkəran"da növbəti ayrılıq isə əsas qapıçısı ilə yaşanıb. Belə ki, "Xəzər Lənkəran"ın yetirməsi olan Orxan Sadıqlı cənubluları tərk edib. Sadıqlı hələlik heç bir klubla anlaşmayıb. Çünki "Xəzər Lənkəran"da da planlar bəlli deyil. Belə ki, klubun durumu düzəlsə, Sadıqlı yenidən doğma komandasına qayıda bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR