"Qarabağ" 2015/16 mövsümünün qış fasiləsində ilk transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, Ağdam klubu Rahid Əmirquliyevi heyətinə qatıb.
Bu gün Rahidlə rəsmi müqavilə imzalanıb. Anlaşmanın 2,5 illik bağlanıb. Millimizin üzvü yanvarın 5-də "Qarabağ"ın toplanışına qatılacaq.
Qeyd edək ki, Rahid Qusar futbolunun yetirməsidi və karyerasına "Şahdağ"da başlayıb. 2006-cı ildə "Xəzər Lənkəran"a keçən yarımmüdafiəçi aşağı yaş qrupları üzrə yığmalarımızın və A millimizin formasını geyinib.
Fanat.az