Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı

22:13 21 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
 
Əlavə № 4
 
 

Sıra nöm-rəsi

Fəaliyyət növünün adı  

Özəl tibb fəaliyyəti  

Əczaçılıq fəaliyyəti  

Rabitə xidmətləri:

3.1.

telefon (məftilli)

3.2.

sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

3.3.

radiotrank və simsiz telefon

3.4.

İP-telefoniya (internet telefoniya)

3.5.

məlumatların ötürülməsi (data)

3.6.

sürətli poçt xidməti  

Təhsil fəaliyyəti:

4.1.

məktəbəqədər təhsil müəssisələri

4.2.

ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)

4.3.

ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri)

4.4.

orta ixtisas təhsili müəssisələri

4.5.

ali təhsil müəssisələri

4.6.

əlavə təhsil müəssisələri

4.7.

dini orta ixtisas təhsil müəssisələri

4.8.

ali dini təhsil müəssisələri  

Müxtəlif növ möhürlərin və ştampların hazırlanması  

Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)  

Yabanı dərman bitkiləri xammalının yığılması  

Prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilməsi  

Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması  

Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı  

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması  

Liftlərin quraşdırılması və təmiri fəaliyyəti  

Attraksionların istismarı  

Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri  

Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi  

Yanğından mühafizə fəaliyyəti:

16.1.

yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi

16.2.

yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

16.3.

yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası  

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri  

Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi  

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri  

Özəl baytarlıq təbabəti fəaliyyəti  

Baytarlıq preparatlarının:

21.1.

istehsalı

21.2.

satışı  

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasinin_icra_hakimiyyeti_orqanlari_terefinden_lisenziya_verilen_fealiyyet_novlerinin_siyahisi-913130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR