Elman Rüstəmov: “Dəbdəbəli malları ölkəyə idxal edənlər böyük rüsumlar ödəməlidir”

Elman Rüstəmov: “Dəbdəbəli malları ölkəyə idxal edənlər böyük rüsumlar ödəməlidir”
22:44 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Üzən məzənnə rejiminə keçid idxalın kəskin azalmasına səbəb olmalıdır”.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.

 

E. Rüstəmov qeyd edib ki, manatın yeni qiyməti, onun dinamikası valyuta balansında olan gərginliyi əhəmiyyətli şəkildə azaldacaq. "Optimist ssenarimizə əsasən, bütövlükdə, idxal kəskin azalmalıdır. Bura kritik idxal aid deyil. Dəbdəbəli malların, zinət əşyalarının idxalına qarşı rüsum siyasəti sərtləşdirilməlidir. Məsələn, qonşu Türkiyə bu cür addım atıb. Biz bazarlarımızı qorumalıyıq, iqtisadi metodlarla idxalı məhdudlaşdırmalıyıq. Təbii ki, kimsə dəbdəbəli malları ölkəyə idxal etmək istəyirsə, böyük rüsumlar ödəməlidir, həmin rüsumlar da büdcəyə getməlidir", - deyə baş bankir bildirib.

 

Baş bankir qeyd edib ki, ixracın stimullaşdırılması istiqamətində də zəruri addımlar atılmalıdır: "Məsələn, ixracatçılar üçün ucuz kreditlərin verilməsi, onlar üçün əlavə güzəştlərin müəyyən olunması istiqamətində işlər görülür".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR