Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib

Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib
23:02 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu 69 yaşında vəfat edib.
Bu barədə "Report"a aktyorun ailəsindən məlumat verilib.
Ə.Mmmədoğlu uzun müddət idi ki, xəstə idi. Aktyor evində vəfat edib.
Xatırladaq ki, Ə.Məmmədoğlu bir müddət Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb.
Ə.Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam"V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/emekdar-artist-elesger-memmedoglu-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR