Kabil raket atəşinə tutulub

Kabil raket atəşinə tutulub
23:22 21 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabil raket atəşinə tutulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən ikisi ABŞ və İspaniya səfirliyinin ərazisinə, üçüncüsü isə şəhərin mərkəzinə düşüb.
 
Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
 
Qeyd edək ki, dekabrın 21-də Baqram şəhərində, NATO bazası yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ABŞ-Əfqanıstan müştərək patrulunun 5 əsgəri həlak olub, 6-sı yaralanıb. Hadisəyə görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR