İlham Əliyev keçmiş nazirə orden verdi

İlham Əliyev keçmiş nazirə orden verdi
23:31 21 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Dadaş Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görəDadaş Qərib oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilsin.


“Şöhrət” ordeni

"Xəbəri sizdən eşidirəm. Mənim işimə verilən qiymətə görə, hamıya təşşəkkürümü bildirirəm. Daim Azərbaycan üçün çalışmışam bundan sonrada ölkəmin uğurları üçün mübarizə aparacağam. Prezidentimiz Ali baş komandana minnətdaram",- deyə Dadaş Rzayev ANS PRESS-ə aşıqlamasında bildirib.

Dadaş Rzayev müstəqillik dövründə ilk general rütbəsi alan şəxsdir. Eyni zamanda, o, general rütbəsinə müharibəni görə-görə gəlib çatıb. Azərbaycanın sabiq müdafiə naziri olan general-mayor Rzayev hazırda Azərbaycan Respublikası Veteranlar Şurasının sədridir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR