​Ərdoğan Türkiyənin İŞİD-dən neft aldığı təsdiqlənərsə yenidən istefa verəcəyini bildirib

​Ərdoğan Türkiyənin İŞİD-dən neft aldığı təsdiqlənərsə yenidən istefa verəcəyini bildirib
23:37 21 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində iş adamları qarşısında çıxışı zamanı bəyan edib ki, "əgər onlar Türkiyənin İŞİD-dən neft aldığını təsdiqləyərlərsə" istefa verəcək.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, o əlavə edib ki, Türkiyə Rusiya, İran, Azərbaycan və Şimali İraqdan, həmçinin Əlcəzair, Qətər və bəzən də Nigeriyadan neft alır.
Ərdoğan bildirib ki, Türkiyə qaçaqmalçı axtarmır və bir dövlət kimi heç vaxt ərazisində qaçaqmal neft və qazın olmasına imkan verməyəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR