Rusiya Ermənistana döyüş vertolyotları göndərdi

Rusiya Ermənistana döyüş vertolyotları göndərdi
23:39 21 Dekabr 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistandakı Erebuni aviabazasına döyüş vertolyotlarının yeni partiyası gətirilib.

 

Virtualaz.org saytı Rusiyanın Cənub hərbi dairəsinin komandanlığının yaydığı məlumata istinadən xəbər verir ki, bazaya 6 vahid müasir zərbə vertolyotları Mi-24P və Mi-8MT nəqliyyat vertolyotları yerləşdirilib.

 

“Vertolyotları Krasnodar vilayətindəki hərbi aerodromdan havaya qalxıb, Erebuni aviabazasında yerə enib” - deyə açıqlamada bildirilir.

 

Lakin Rusiya döyüş vertolyotlarının Ermənistana hansı ölkənin üzərindən uçduğu göstərilmir.

 

Bundan əvvəl - dekabrın əvvəllərində Erebuni aviaazasında 7 döyüş və nəqliyyat vertolyotu yerləşdirilmişdi. Cənub hərbi dairəsi bildirir ki, vertolyotlar 2016-cı ilin yanvarında təlim uçuşlarına başlayacaqlar.

 

Rusiya mediası Ermənistandakı 102-ci bazanın aviaqruplaşmasının gücləndirilməsini Cənubi Qafqazda vəziyyətin kəskinləşməsi, o cümlədən Qarabağ münaqişəsi zonasında toqquşmaların şiddətlənməsi və Türkiyə-Rusiya gərginliyi ilə izah edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR