Həmkarları Qənirə Ataşovanı müdafiə etdilər

Həmkarları Qənirə Ataşovanı müdafiə etdilər
23:56 21 Dekabr 2015
178 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcılar Aytən Səfərova ilə Günay Yelmarqızı həmkarları Qənirə Ataşovanı müdafiə ediblər.

Axşam.az-ın məlumatına görə, onlar ANS-in aparıcısını deyil, qarşı tərəfi günahlandırıblar.
 
Aytən Səfərova yazıb:

“Azərbaycanda yaşayıb, Azərbaycan dilini bilməyənlər Qənirəyə lağ edirlər. Kirbi özünü tülkülüyə qoyur. Sual isə tam anlaşılandır. Qənirə, uğurlar!”.

Günay Yelmarqızı da günahı həmkarında görməyib:

“Məncə, Qənirə Ataşovanı qınayıb məsxərəyə qoymaqdansa, ona ironiyalı cavab verən Kirbini qınasaq, yaxşı olar”.

Qeyd edək ki, Q.Ataşovanın ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbiyə verdiyi sual qalmaqala səbəb olub. Belə ki, Qənirə Ataşovanın sualı Kirbi tərəfindən dil qüsurlarına görə başa düşülməyib. Sözçü jurnalistə sualını ikinci dəfə izah etməyə şərait yaratsa da, o, bunu yenə bacarmayıb və zaldakıların gülüşünə səbəb olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR