Bakıda restoranda atəş açıldı: yaralananlar var

Bakıda restoranda atəş açıldı: yaralananlar var
01:09 22 Dekabr 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda restoranda atəş açılıb.

 

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.

 

İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR