Neft 100 dollar olacaq (FOTO)

Neft 100 dollar olacaq (FOTO)
01:36 22 Dekabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qazprom" neft şirkəti gələcəkdə bir barel neftin qiymətinin 100 dollar olacağına əmindir.

ANS PRESS-in məlumatına görə, ruslar "qara qızıl"ın dəyərinin azalmasının qısamüddətli olacağını düşünür. Şirkətin rəsmisi Aleksandr Dyukovun fikrincə, gələcəkdə neftin qiymətinin bir bareli 100 dollara qayıdacaq. Dyukov hesab edir ki, bu, 1 ilə baş verəcək.


Aleksandr Dyukov

"Qiymətlərin düşməsi qısamüddətli olacaq. Orta və ya uzunmüddətli vaxt ərzində qiymətlər o səviyyəyə qayıtmağa başlayacaq. Bu hər şey üçün ədalətli və düzgündür. Mən bir barelə 90-100 dollar qiymət haqqında danışıram", - deyə Dyukov "Rusiya 24" telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, dekabrın 21-də neftin qiymətləri son 11 il ərzində minimuma enib. Brent markasının bir barelinin dəyəri 36,2 dollara düşüb. Sonuncu dəfə belə göstəricilər 2004-cü ildə qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR