Bakıda 28 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Bakıda 28 yaşlı kişi bıçaqlanaraq öldürüldü
01:49 22 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonu ərazisində qətl hadisə törədilib. APA-nın məlumatına görə, hadisə Keşlə qəsəbəsində törədilib.

 

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

 

Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR