Tac üstündə qalmaqal yaşandı

Tac üstündə qalmaqal yaşandı
01:56 22 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Las-Veqas ştatında keçirilən MİSS Kainat yarışmasının qalibi Filippinli Pia Alonso Vurtzbac olub.

ANS PRESS-in məlumatına görə, yarışma zamanı həyəcanlı anlar yaşanıb. Gecənin aparıcısı Stiv Harbey etdiyi səhv anonsla şouya bir damğa vurub.

Əvvəlcə aparıcı Kainat gözəlinin kolumbiyalı Ariadna Gutierrez-Arvalo olduğunu anons edib. Ariadna birinciliyinin sevincini qısa bir müddətdə yaşayıb. Onun başına tac taxılıb və o, tamaşaçıları salamlayıb. Bundan sonra müsabiqənin aparıcısı səhvə yol verdiyini və Kainat gözəlinin əslində filippinli Pia Alonso Vurtzbac olduğunu bildirib.


Stiv Harbey - yarışmanın aparıcısı


"Bu, tamamilə mənim səhvimdir. Sizə kartı da göstərə bilərəm. Ariadna Gutierrez-Arvalo yarışmanın ikincisidir, səhv anons etdim, üzr istəyirəm", - deyə Stiv Harvey vurğulayıb.


Yarışmadan görüntülər


Filipinli gözəl Pia Alonzo Vurtzbac birinci olduğunu öyrəndikdə qısa müddətli çaşqınlıq yaşayıb. Daha sonra kolumbiyalı iştirakçının başındakı tac alınaraq, filipinli gözəlin başına qoyulub.



Baş verənlər qarşısında xəyal qırıqlığına uğrayan Ariadna Gutierrez-Arvalo göz yaşlarını saxlaya bilməyib. Kolumbiyalı gözələ yoldaşları təsəlli verib.

Yarışda üçüncü yerini isə amerikalı Olivia Jordan haqq edib.


Pia Alonzo Vurtzbac - yarışmanın qalibi (filippinli)

Ariadna Gutierrez-Arvalo - yarışmanın ikincisi (kolumbiyalı)

Olivia Jordan - müsabiqənin üçüncüsü (amerikalı)



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR