​Tacikistan İŞİD-ə qarşı İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirmir

​Tacikistan İŞİD-ə qarşı İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirmir
01:57 22 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Tacikistan Səudiyyə Ərəbistanının təşəbbüsü ilə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı yaradılan koalisiyaya qoşulma məsələsini rəsmi səviyyədə nəzərdən keçirmir.
"Report" xəbər verir ki, bu barədə TASS-a Tacikistan daxili işlər nazirinin müavini Pərviz Davlatzoda məlumat verib.
"Biz ümumiyyətlə bu məsələni nəzərdən keçirmirik", - deyə o bildirib.
Bundan əvvəl "Əş-Şark əl-Ausat" qəzeti Azərbaycan və Tacikistanın Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi İslam koalisiyasına qoşulmaq məsələsini nəzərdən keçirdiklərini yazıb.
İslam koalisiyasına 34 dövlət daxil olub. Koalisiyanın birləşmiş komanda məntəqəsi Ər-Riyadda yerləşəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR