Lavrov türkiyəli siyasətçi ilə görüşəcək

Lavrov türkiyəli siyasətçi ilə görüşəcək
02:41 22 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada səfərdə olan separatçı kürdlərin lideri, Türkiyə Xalqların Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə bilər. ANS PRESS-in xəbərinə görə, bu barədə “İnterfax.ru” saytına Rusiya XİN-in əməkdaşı məlumat verib. Şəxsiyyətini məxfi saxlayan diplomat Rusiya XİN rəhbəri ilə separatçı lider arasındakı görüşün dekabrın 23-də baş tuta biləcəyini qeyd edib.

Mövzu ilə əlaqədar Türkiyənin bu ölkədəki nümayəndəliyi ilə əlaqə yaradan xəbər mənbəyi səfirliyin bu barədə açıqlama vermək istəmədiyini qeyd edib.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Səlahəddin Demirtaş daha əvvəl Rusiyanın baş diplomatı ilə görüşəcəklərini demiş və vətəndaşı olduğu Türkiyəni xarici münasibətləri düzgün qura bilməməkdə ittiham etmişdi.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcəyik. Problemi olan insanlara yardımçı olmaq istəyirik. Türkiyə pasportu olanlara yardımçı olmaq istəyirik. Moskvada nümayəndəlik də açacağıq. Türkiyə xarici siyasətində düzgün əlaqələr yarada bilmir.”

Kürd Fəhlə Partiyası – PKK terror təşkilatının siyasi qolu HDP-nin həmsədri olan Səlahəddin Demirtaş Rusyanın paytaxtı Moskvada səfərdədir.


HDP-nin sədri Səlahəddin Demirtaş

Bəzi politoloqlar, rəsmi Ankara ilə aralarında olan gərginlik səbəbindən Rusiyanın Türkiyədəki PKK terror təşkilatına dəstək verdiyini iddia edir.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR