Əfqanıstanda 6 ABŞ hərbçisinin öldüyü təsdiqləndi

Əfqanıstanda 6 ABŞ hərbçisinin öldüyü təsdiqləndi
02:59 22 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon Əfqanıstanda 6 ABŞ hərbçisinin öldüyünü təsdiqləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin bəyanatında bildirilir.

 

Məlumata əsasən, hazırda insidentin detalları müəyyənləşdirilir.

 

İlkin məlumata əsasən, hərbçilər Baqram aviabazasının yaxınlığında zirehli texnikanın partladılması nəticəsində həlak olublar. İnsident zamanı həmçinin 2 ABŞ əsgəri və 1 mülki şəxs yaralanıb.

 

Ölənlərin ailələrinə başsağlığı verən E.Karter vurğulayıb ki, faciəvi hadisəyə baxmayaraq ABŞ hərbçiləri Əfqanıstandakı tərəfdaşları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR