Сon Kirbi: “Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər”

Сon Kirbi: “Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər”
03:44 22 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ qəti şəkildə Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllini hədəf olaraq seçib.

 

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

 

İsveçrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü şərh edən Kirbi deyib ki, iki ölkə lideri il ərzində ilk dəfə olaraq bir araya gələrək mövqelərini aydınlaşdırmaq imkanı əldə ediblər. "Prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər", deyə C.Kirbi bildirib.

 

C.Kirbi qeyd edib ki, rəsmi Vaşinqton dinc əhali arasında qurbanların sayının azaldılmasına yönələn bütün tədbirləri dəstəkləyir.

 

Onun sözlərinə görə, Minsk qrupundakı ABŞ nümayəndələri rusiyalı və fransalı həmkarları ilə birgə münaqişənin həlli yolunda fəaliyyətlərini davam etdirirlər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR