Məşhur marka ili milyardlıq itki ilə başa vurur

Məşhur marka ili milyardlıq itki ilə başa vurur
04:41 22 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Restrukturizasiya prosesinə başlayan Yaponiyanın iri konqlameratı “Toshiba” ilin sonuna rekord - 4.5 milyard dollar itki ilə çıxa bilər. ANS PRESS-in məlumatına görə, mühasibatla bağlı davam edən qalmaqal şirkətə ağır zərbə vurub. Məişət elektronikası nəhəngi xərcləri azaltmaq məqsədilə “büdcə kəmərini sıxmağa” məcbur qalıb. “Toshiba” rəhbərliyi işçi qüvvəsinin üçdə bir hissəsini - təxminən 7 min işçini ixtisar edəcəyini bəyan edib. Konqlameratın baş qərargahından 1000 nəfərə yaxın əməkdaş işdən azad ediləcək.

Şirkətin prezidenti Masaşi Muromaçi restrukturizasiyayla bağlı ölçüləri keçirilən mətbuat konfransında elan edib. “Toshiba” rəhbərliyi hələ avqust ayında gəlirlərini 1 milyard euroya qədər şişirtdiklərini etiraf etmişdi. Mühasibat qalmaqalını araşdırmış müstəqil komissiyası buna görə şirkət rəhbərliyini və onların biznes mədəniyyəti kəskin şəkildə tənqid edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR