"Apple" bir funksiyasını təkminləşdirmək üçün 800 nəfəri işə götürdü

"Apple" bir funksiyasını təkminləşdirmək üçün 800 nəfəri işə götürdü
04:59 22 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti "iPhone"ların ən çox istifadə edilən kamera bölümü üçün 800-dən çox mühəndisi işə götürüb.

 

ANS PRESS-in məlumatına görə, "Apple"nin kiçik bir hissəsi üçün bu qədər mühəndis tələb olunub.

 

"Apple"nin kameralara cavabdeh direktor Qraham Tounsend bildirib ki, kamera telefonun kiçik bir hissəsi olaraq görünsə də bu hissə 200 detaldan ibarətdir. ”Siz kamera ilə bir şəkil çəkdirərkən arxada 24 milyard proses gedir”, deyə o əlavə edib.

 

"Apple" mühəndislərinin üzərində işlədiyi digər bir məsələ isə şəkil çəkirərkən çoxunuzun rastlaşdığı, əllərin əsməsidir ki, bu zaman şəkillər heç də yaxşı alınmır.

 

Kameranın içərisində hər biri insanın saçının yarısı qalınlığında olan 4 ədəd kiçik tel mövcuddur. Bu dörd ədəd tel əllərdəki titrəmənin nəticələrini yox edəcək “mikrosuspansion” yaradır.

 

Tounsendin komandası fərqli işıqlandırma şərtlərində çəkilən foto şəkillərin necə göründüyünü test edə bilmələri üçün öz laboratoriyaları var. Mühəndislər burada günbatanda yaxud da işıqda ən yaxşı foto şəkil üçün kameraları test edirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR