Elxan Ələsgərov: Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün yaxşı şans yaranıb

Elxan Ələsgərov: Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün yaxşı şans yaranıb
07:03 22 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Əliyeva - Trend:

Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən soydaşlarımız D.Əsgərov və Ş.Quliyev girov götürüldükləri zaman yanlarında üçüncü şəxs də vardı - Həsən Həsənov. O vaxt D.Əsgərov və Ş.Quliyev tutuldular, H.Həsənov isə qətlə yetirildi. H.Həsənovun meyitini vermək istəməyən ermənilər əvvəlcə onun Xankəndində dəfn edildiyini deyirdilər. Lakin Azərbaycan tərəfinin apardığı israrlı danışıqlardan sonra H.Həsənovun meyitinin qalıqları bir müddət sonra təhvil verildi.

2014-cü ilin dekabr ayında kəlbəcərli girovlarla bağlı qondarma məhkəmə prosesi keçirildi. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdi.

Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb.

Hazırda soydaşlarımızla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır. Komitənin nümayəndələri soydaşlarımıza ailələrinin məktublarını çatdırır, eyni zamanda onların məktublarını ailələrinə çatdırırlar.

Azərbaycanın əzəli torpağı olan Kəlbəcərdə girov götürülən soydaşlarımız ilk gündən ermənilər tərəfindən qeyri-insani münasibətlə qarşılaşıblar. Bu barədə rəsmi Bakı dəfələrlə etiraz mövqeyini bəyan etsə də, Ermənistan girovları azad etməməkdə hələ də israrçı mövqe tutur.

Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, müharibə zamanı mülki şəxslərin girov götürülməsi qadağandır. D.Əsgərov və Ş.Quliyevi ağır fiziki işgəncələrə məruz qoyan ermənilər qurama məhkəmə prosesi ilə onları, eyni zamanda mənəvi və psixoloji işgəncələrə məruz qoyublar. Belə məsuliyyətsiz davranışı, mövqeyi ilə Ermənistan beynəlxalq humanitar hüquqa uyğun olaraq daşıdığı hüquqi məsuliyyətinə də məhəl qoymur.

Rəsmi Bakı soydaşlarımıza qarşı edilən işgəncə faktları ilə bağlı mövqeyini açıqlayaraq dəfələrlə bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir.

“Azərbaycan dövləti tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilərək gərəkli addımlar atılır. Bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən də iş aparılır. Dövlətin rəsmi qurumları bütün mümkün vasitələrdən istifadə edərək, əlbəttə ki, fəaliyyətlərini davam etdirir. Amma məsələnin digər tərəfi də var”.

Bunu Trend-ə "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

E.Ələsgərov qeyd edib ki, bu işi 2 hissəyə ayırmaq lazımdır: “Birincisi, dövlət tərəfindən bu şəxslərin azad olunması istiqamətində görülən işlər. Digər xətt isə onların ailə üzvləri, yaxınları tərəfindən atılacaq addımlar olmalıdır. Hüquqi baxımdan təxirə salınmadan ikinci istiqamət üzrə addımlar atılmalıdır. Soydaşlarımızın ailə üzvləri tərəfindən girovlarımızın hüquqlarının qorunması ilə bağlı məhkəməyə müraciət edilməlidir”.

Ekspert bildirib ki, iddia hadisənin baş verdiyi ərazi üzrə aidiyyəti məhkəmə orqanına təqdim edilməlidir: “Məhkəmə onların barəsində qərar çıxaracaq. Hələ də gec deyil. Problemi həll etmək üçün şans var. Bu şans hələ də itirilməyib. Biz bu şəxslərin azad olunması məsələsində hüquq sisteminə baş vurmalıyıq. Bu hadisə Azərbaycan ərazisində baş verib. Onlar Azərbaycan ərazisində girov götürülüblər. Hadisə baş verəndə fövqəladə hal ortaya çıxmışdı. Bu məqamdan istifadə edilməli idi. Bu məqam indi də qüvvəsini itirməyib. O şəxslərin ailə üzvləri tərəfindən girov düşdükləri ərazinin yerli məhkəməsində iddia qaldırılmalıdır. Bu addım dövlətin həmvətənlərimizin azad olunması istiqamətində gördüyü işlərə mühüm dəstək olar. İddia fərdi qaydada atıla bilər. Ölkə ərazisində hər hansı bir vətəndaşa qarşı analoji hal baş verdiyi halda, hansı hüquqi addım atılırsa, bu halda da eyni istiqamətdə addım atılmalıdır”.

E.Ələsgərov hesab edir ki, bu proses siyasiləşdirilməməlidir: “Bu iş hüquq çərçivəsində, hüququn bizə verdiyi bütün imkanlardan istifadə edilərək qaldırılmalıdır. Girov götürülən hər hansı şəxslə bağlı hüquq çərçivəsində hansı addımlar atılırsa, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da eyni qaydada məhkəmə qarşısında iddia qaldırılmalıdır. Bundan sonra isə soydaşlarımıza qarşı hadisəni törədənlərə qarşı cinayət işi açılmalıdır”.

Sözügedən yanaşma girovlarımızın azad olunması ilə bağlı problemin çox yaxşı piarı da ola bilər. Azərbaycan bu yolla dünyanın göz yumduğu, susqun qaldığı bir məsələni kifayət qədər qabarda bilər. Bununla da, Ermənistanın vətəndaşlarımıza qarşı etdiyi qanunsuzluqları, cinayətləri Azərbaycan dünyaya bir daha faş edə bilər. Bu addım həm də Ermənistanın Azərbaycana qarşı işğal faktının qabardılmasında mühüm fəaliyyət rolunu oynaya bilər.

Sözügedən məqamı doğru hesab etdiyini qeyd edən E.Ələsgərovun sözlərinə görə, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmağı bacardığını hər dəfə təsdiq edir: “İnanıram ki, indiki halda da buna nail olunacaq. Biz bu məsələdə birinci növbədə peşəkar səviyyədə hüquqi əsas yaratmalıyıq. Ermənilərin bizə qarşı törətdiyi bu və bu kimi cinayət hadisələri ilə bağlı məhkəmə qarşısında iddia qaldırıla bilər. Çıraqovla bağlı Avropa İnsan Haqları Məhkəməsində qaldırılan iddia kimi, bu işdə də pozulan hüquqların müdafiə olunması istiqamətində addımlar atılmalıdır. Ölkə daxilində məhkəmə instansiyalarında qərarlar əldə edildikdən sonra bu şəxslərin pozulan hüquqlarının beynəlxalq səviyyədə də müdafiəsi aparılmalıdır. Biz bu məsələdə hüquq “silahımızı” yetərincə istifadə etmirik”.

Müsahibim bildirir ki, girovların azad olunmamasının səbəbi onların sərhədi keçmələri, əllərində tüfəng olması deyil: “Ermənilərin müharibədə çox hədəfləri var. Əsas hədəf ideoloji müharibədir. Burada məqsəd xalqımızda Vətənə dönüş istəyini, ideyasını öldürməkdir. Dilqəm və Şahbazın məsələsində ermənilərin mövqeyində əsas bu məsələ dayanır. Ermənilər bu şəxsləri bilərəkdən diversant elan etdilər. Həmvətənlərimizin işğal olunan torpaqlara getməsi ermənilər üçün ən böyük təhlükədir. Ona görə onları incidirlər. Hansısa bir əsgər olsaydı, bəlkə də ermənilər qaytarardılar. Dilqəm və Şahbazdan istifadə edərək, ermənilər o torpaqlara getmək istəyini öldürmək istəyirlər”.

E.Ələsgərov qeyd edir ki, ermənilərin əlinə öz istəkləri ilə dədə-baba torpağına qorxmadan gedən soydaşlarımız düşdü: “Ermənilər onların üzərində bütün eksperimentləri keçirmək istəyirlər. Bu şəxslər kimsənin xəbəri olmadan ata yurduna getdilər. Ölümün gözünün içinə baxa-baxa, kimsənin buyruğu, göstərişi, sifarişi, dəstəyi olmadan onlar öz el-obalarına, doğma yurdlarına getdilər. Bu, mənəvi, milli bir istəkdir. Bu, Vətən həsrəti, yanğısıdır. Bu gün yüzlərlə, minlərlə həmvətənimizin qəlbində olan yanğı, istəkdir. Onlar ermənilərin apardığı informasiya müharibəsinin girovuna çevriliblər. Dilqəm və Şahbaz atdıqları addımları ilə bütün dünyaya göstərdilər ki, o torpaqlar azərbaycanlıların dədə-baba yurdudur və bu gün hər kəs o torpaqlara getmək istəyi, arzusu ilə yaşayır. Bu isə ermənilərin daim qorxduqları ən ciddi təhlükədir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşündə soydaşlarımız D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir daha qaldırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11