Cəlilabadda mal-qara arasında dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Cəlilabadda mal-qara arasında dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir
07:03 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Qış mövsümünün gəlişi ilə əlaqədar Cəlilabad rayonunda mal-qara arasında yarana biləcək xüsusi təhlükəli xəstəliklərə qarşı profılaktik tədbirlərin görülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarəsinə dabaq xəstəliyinə qarşı kifayət qədər vaksin göndərilib. Peyvəndləmə işləri rayonun bütün yaşayış məntəqələrində aparılır. Bu işə 20 sahə baytar həkimi cəlb olunub. Artıq əksər təsərrüfatlarda mal-qaraya vaksin vurulub.
Dövlət Baytarlıq Xidməti tərəfindən verilən vaksinlər hesabına rayonda qarayara əleyhinə də peyvəndləmə işləri aparılıb. Qabaqlayıcı tədbirlərin nəticəsi olaraq Cəlilabadda epizootik vəziyyət sabitdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadda_mal_qara_arasinda_dabaq_xesteliyine_gore_epizootik_veziyyet_sabitdir-913153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR