Bakıda atışmada ikisi uşaq olmaqla 6 nəfər yaralanıb

Bakıda atışmada ikisi uşaq olmaqla 6 nəfər yaralanıb
07:41 22 Dekabr 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonunda silahlı insident baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Lökbatan qəsəbəsindəki restoranlardan birində qeydə alınıb.

Ədalət Həsənov adlı şəxs restoranda dostları ilə ad gününü qeyd edərkən onunla restorandakı digər müştəri arasında mübahisə düşüb. Mübahisə zamanıda həmin şəxs və ya şəxslər ov tüfəngi və makarov tipli tapançadan atəş açıblar. Nəticədə Ədalət Həsənovla iki azyaşlı oğlu Orxan və Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar. Onlar hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanya çatdırlıblar.

Yaralılar ilkin tibbi yardım göstərilib. Həkimlər onları həyatları üçün təhlükə olmadığını bildiriblər.

Əraziyə Qaradağ rayon prokurorluğu və polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisə yerində müayinələr aparılıb. 6 nəfəri gülləyən şəxs və ya şəxslər ərazidən uzaqlaşıblar. Onların tutulması istiqamətində Qaradağ rayon polisi darəsinin əməkdaşları əməliyyat təbdirləri həyata keçirilər.

Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR