Türk diplomatın “Asala” tərəfindən öldürülməsindən 36 il ötür (FOTO)

Türk diplomatın “Asala” tərəfindən öldürülməsindən 36 il ötür (FOTO)
08:01 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 36 il ötür.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi “Asala” tərəfindən öldürülüb.

Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub.

Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli “erməni soyqırımı ədalət birliyi” adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. “Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük” – deyə zəng vuran şəxs bildirib.

Xatırladaq ki, erməni terror təşkilatı “Asala” Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR