Bakıda 37 yaşlı kişi qətlə yetirilib - FOTO

Bakıda 37 yaşlı kişi qətlə yetirilib - FOTO
08:12 22 Dekabr 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonu ərazisində qətl hadisə törədilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Keşlə qəsəbəsində törədilib.
 
Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.
 
Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.

k

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR