Neft 100 dollar olacaq - FOTO

Neft 100 dollar olacaq - FOTO
08:27 22 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qazprom" neft şirkəti gələcəkdə bir barel neftin qiymətinin 100 dollar olacağına əmindir. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ruslar "qara qızıl"ın dəyərinin azalmasının qısamüddətli olacağını düşünür. Şirkətin rəsmisi Aleksandr Dyukovun fikrincə, gələcəkdə neftin qiymətinin bir bareli 100 dollara qayıdacaq. Dyukov hesab edir ki, bu, 1 ilə baş verəcək.

"Qiymətlərin düşməsi qısamüddətli olacaq. Orta və ya uzunmüddətli vaxt ərzində qiymətlər o səviyyəyə qayıtmağa başlayacaq. Bu hər şey üçün ədalətli və düzgündür. Mən bir barelə 90-100 dollar qiymət haqqında danışıram", - deyə Dyukov "Rusiya 24" telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, dekabrın 21-də neftin qiymətləri son 11 il ərzində minimuma enib. Brent markasının bir barelinin dəyəri 36,2 dollara düşüb. Sonuncu dəfə belə göstəricilər 2004-cü ildə qeydə alınıb.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR