Türk diplomatın "Asala" tərəfindən öldürülməsindən 36 il ötür - FOTO

Türk diplomatın "Asala" tərəfindən öldürülməsindən 36 il ötür - FOTO
08:42 22 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 36 il ötür.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi "Asala" tərəfindən öldürülüb.

Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub.

Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli "erməni soyqırımı ədalət birliyi" adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. "Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük" - deyə zəng vuran şəxs bildirib.

Xatırladaq ki, erməni terror təşkilatı "Asala" Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR