Barak Obama etiraf etdi

Barak Obama etiraf etdi
09:36 22 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama onun İŞİD-ə qarşı mübarizəylə bağlı strategiyasına ünvanlanmış tənqidlərin legitim olduğunu bildirib. İlin yekunları ilə bağlı "NPR News"a müsahibə verən Obama Amerika vətəndaşlarının terrorçuları qarşı ordunun apardığı əməliyyatlardan az məlumatı olması ucbatından, cəmiyyətdə təhlükəsizlik səviyyəsinin qənaətbəxş olmadığına dair qorxununun formalaşdığını bildirib.

“Amerika ictimaiyyəti, bizim faktiki olaraq İŞİD-ə qarşı 9 minə yaxın aviazərbə endirdiyimizi, İŞİD-in nəzarət etdiyi Sincar şəhərinin qaytarıldılğını və ya eynilə İŞİD-dən azad edilmiş Tikrit şəhərinə əhalinin geri döndüyünü və artıq məskunlaşdığını, bütün bunları görmədikdə, əlbəttə ki, onlarda biz tərəfdən atılan addımların kifayət etmədiyi düşüncəsi yarana bilər. Ona görə də bir məqsədimiz də, vətəndaşların bizim həyata keçirdiyimiz bütün ölçülər barədə məlumatlı olmalarını təmin etməkdir”.

Bundan əvvəl Obama San Bernardinyo şəhərində 14 nəfərin ölümü ilə nitəcələnmiş teraktdan sonra Amerika xalqına etdiyi telemüraciətdə İŞİD-ə qarşı mübarizəylə bağlı dövlətin strategiyasını açıqlamışdı. Obama milad məzuniyyəti ilə əlaqədar hər il olduğu kimi Havai adasındakı iqamətgahına yollanmazdan əvvəl verdiyi bu müsahibədə vətəndaşların terror hücumları ilə bağlı narahatlıqlarını son qoymağa çalışıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR