Binəqədidə yanan binaya görə tutulan sabiq məmurun maşını üzərinə həbs qoyulub

Binəqədidə yanan binaya görə tutulan sabiq məmurun maşını üzərinə həbs qoyulub
11:14 22 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı həbs edilən Ədalət Rəcəbovun avtomobilinə məhkəmə tərəfindən həbs qoyulub.

 

APA-nın məlumatına görə, Ədalət Rəcəbovun adına olan “Toyota Prado” markalı 90 RE 010 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə cinayət təqibi davam etdirildiyi müddətdə Nəsimi rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli qərarı ilə həbs qoyulub. Həmin qərarla razılaşmayan Ə. Rəcəbov isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, həbsin götürülməsini istəyib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.

 

Qeyd edək ki, mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

 

Onu da qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq hazırda davam etdirilir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda dəhşətli hadisə: ata-anasını öldürüb qaçdı

22 Sentyabr 2017 12:14

İŞİD-dən azad olan azərbaycanlıların qeydiyyatı aparılır - BQXK

22 Sentyabr 2017 12:13

Azərbaycanda səhra komanda məntəqəsi parkı açılıb

22 Sentyabr 2017 12:13

Türkiyədə miqrantları daşıyan qayıq qəzaya uğrayıb, 4 nəfər ölüb, daha 20 nəfər itkin düşüb

22 Sentyabr 2017 12:12

Çoxsaylı oğurluqlar etmiş 3 nəfər tutuldu

22 Sentyabr 2017 12:09

Məmmədyarov sabah Nalbandyanla görüşəcək - Prezidentlərin görüşünə hazırlıq

22 Sentyabr 2017 12:08

Gədəbəydə oğul ata və anasını öldürərək qaçıb

22 Sentyabr 2017 12:07

Albaniya millisinin sabiq baş məşqçisi "Alaves"ə rəhbərlik edəcək

22 Sentyabr 2017 12:07

Ukraynada azərbaycanlı avtoritetlər belə tutuldular – FOTO/VİDEO

22 Sentyabr 2017 12:03

ABŞ Türkiyədən üzr istəyib?

22 Sentyabr 2017 12:03

Arif Alışanova qarşı dələduzluq və öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib

22 Sentyabr 2017 12:02

AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - ŞOK SUİ-QƏSD PLANLARI YAYILDI

22 Sentyabr 2017 11:59

Komitə sədri Bağdadda sığınacaqda saxlanılan uşaqlardan danışdı

22 Sentyabr 2017 11:58

Bahar Muradova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir"

22 Sentyabr 2017 11:57

Daha bir erməni təxribatının qarşısı alındı

22 Sentyabr 2017 11:57

Məmmədyarov-Nalbandyan görüşü sentyabrın 23-də keçiriləcək

22 Sentyabr 2017 11:54

Nazilədən “ailədə HEGOMON mənəm” söhbətinə MÜNASİBƏT: “Riyakarlıq etmədim”

22 Sentyabr 2017 11:53

Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir"

22 Sentyabr 2017 11:47

İlham Əliyev Sənaye Parkının açılışında iştirak edib

22 Sentyabr 2017 11:46

Appaturay Bakıya gələcək

22 Sentyabr 2017 11:44

O, təyyarədə motal pendiri yedi

22 Sentyabr 2017 11:43

Komitə sədri İraqda qalan uşaqların ölkəyə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib

22 Sentyabr 2017 11:42

Elmar Məmmədyarov Nyu Yorkda bir sıra ölkələrin XİN başçıları ilə görüşüb

22 Sentyabr 2017 11:42

Aşıq Samirədən fərqli ifa

22 Sentyabr 2017 11:40

Zakir Həsənov səhra komanda məntəqəsi parkının açılışında - FOTO

22 Sentyabr 2017 11:38

Arvadı ilə birgə başına min oyun açılan DİKTATOR: indi hamı onu İSTƏYİR - VİDEO

22 Sentyabr 2017 11:38

Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"

22 Sentyabr 2017 11:37

"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

22 Sentyabr 2017 11:35

Ən etibarlı brauzerlər müəyyənləşib

22 Sentyabr 2017 11:35

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

22 Sentyabr 2017 11:32

Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar

22 Sentyabr 2017 11:32

Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb

22 Sentyabr 2017 11:32

Məşhur aktyor Azər Axşam Metbuat.az-ın qonağıdır

22 Sentyabr 2017 11:31

Milli Məclisdə erməni deputatların iştirakı ilə

22 Sentyabr 2017 11:30

Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

22 Sentyabr 2017 11:27

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

22 Sentyabr 2017 11:27

AFFA-nın cibdə atılan püşkü

22 Sentyabr 2017 11:27

Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

22 Sentyabr 2017 11:24

Bakı: Evdən qaçan 22 yaşlı gəlin tapıldı

22 Sentyabr 2017 11:22

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar

22 Sentyabr 2017 11:19

Kim Çen In Trampı HƏDƏLƏDİ: “Tarixin ən sərt...”

22 Sentyabr 2017 11:18

Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

22 Sentyabr 2017 11:17

ADIF-in keçmiş rəhbəri “Finance Leasing”dəki payını satıb

22 Sentyabr 2017 11:17

“Rusiyadan raket sistemi alsaq da...”

22 Sentyabr 2017 11:17

Səməd Səmədov: "O it balalarını bağışlamışam" - VİDEO

22 Sentyabr 2017 11:14

"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ"

22 Sentyabr 2017 11:14

Erməni deputatlar Milli Məclisdə

22 Sentyabr 2017 11:09

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana gələcək

22 Sentyabr 2017 11:07

ABŞ səfiri: “Qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir”

22 Sentyabr 2017 11:07

"Roma"nın ulduzu "Qarabağ"la oyuna gəlməyəcək

22 Sentyabr 2017 11:07