"Dollara görə işlərim dayandı" - Şəhriyar

"Dollara görə işlərim dayandı" -  Şəhriyar
11:16 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı Şəhriyar Əbilov dolların məzənnəsinin yüksələrək 1,55 olmasına münasibət bildirib.

Axşam.az-a açıqlamasında aparıcı bu hadisənin onun özəl biznesinə ciddi təsir etdiyini bildirib:

“Devalvasiya məni qorxudur. Mağaza və moda evi açmağı planlaşdırırdım. Xaricdən mallar, parçalar gətirəcəkdim. Onları başqa ölkədə mənim verdiyim dizaynda tikdirəcəkdim. Dollara görə bu işlərin hamısı dayandı. Xaricdə bir filmə çəkiləcəkdim. Büdcəsi dollarla olduğu üçün o da yarımçıq qaldı. Bilmirik necə olacaq. Allah bizə səbr versin. Bu hər bir vətəndaşa təsir etdi. Bu təkcə Azərbaycanda yox, bütün dünyada baş verən hadisədir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR