"PAŞA Sığorta" şirkəti katastrofik risklərdən məsuliyyətini sığortalayıb

11:33 22 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
"PAŞA Sığorta" şirkəti 30 milyon məbləğində müqavilələr üzrə katastrofik risklərdən məsuliyyətini sığortalayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "PAŞA Sığorta" sığortaladığı risklərin bir hissəsini üzərində saxlayır. Bu məbləğlər sonda cəmiyyətin məcmu riskini təşkil edir. Bu səbəbdən şirkət xarici təkrarsığorta şirkətlərindən olan "Hannover Re", SCOR, "Trust Re", "Polish Re" və yerli "Az Re" şirkətində 30 milyon AZN məbləğinə müqavilələr üzrə məsuliyyətini sığortalayıb. Bu o deməkdir ki, xüsusilə təhlükəli olan zəlzələ və daşqın riskləri zamanı baş verən kütləvi zərərlər zamanı sığorta şirkətinə dəyə biləcək zərərin bir hissəsi qeydolunan təkrarsığorta şirkətləri tərəfindən qarşılana biləcək. Bu ənənəvi təkrarsığorta mexanizmi katastrofik risklər zamanı baş verən zərərlərin ümumi akkumulyasiyası nəticəsində yaranan böyük zərərə qarşı şirkətin maliyyə sabitliyini təmin edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotPASA_Sigorta_quot_sirketi_katastrofik_risklerden_mesuliyyetini_sigortalayib-913190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR