Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib
11:38 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun əməkdaşları rayonda məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.
Qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər və işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılacağına ümidvar olduqlarını vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdasda_meskunlasan_qachqin_ve_mecburi_kochkunlere_bayram_sovqati_verilib-913194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR