“Brent”in barrel qiyməti son 18 ayda 70 faizdən çox ucuzlaşıb

“Brent”in barrel qiyməti son 18 ayda 70 faizdən çox ucuzlaşıb
12:08 22 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünya birjalarında “Brent” markalı neftin bir barrelinin qiyməti son 18 ayda 70 faizdən çox ucuzlaşıb. Belə ki, “Brent”in barrel qiyməti 2014-cü ilin iyununda 115 dollar, dekabrında isə 60 dollar olub.
AZƏRTAC xəbər verir ki, ötən gün isə son 11 ildə ən aşağı qiymətə satılan “Brent”in bir barreli hazırda Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında cüzi bahalaşma ilə 36,57 dollara alıcı axtarır. Təkcə bu ay “Brent”in qiyməti 19 faizədək aşağı düşüb.
Analitiklər neftin qiymətində yaxın gələcəkdə elə də böyük dəyişmə və ya artım gözləmirlər. Hətta onların fikrincə ucuzlaşma davam edəcək. Buna səbəb kimi isə ABŞ və Rusiyanın beynəlxalq bazarlarda daha çox neft satması, o cümlədən gələn il sanksiyaların götürülməsi ilə İranın da yenidən neft satışına başlayacağı göstərilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brentin_barrel_qiymeti_son_18_ayda_70_faizden_chox_ucuzlasib-913207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR