“Riqoletto” operası nümayiş olunub

“Riqoletto” operası nümayiş olunub
12:08 22 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Riqoletto” operası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak ediblər.
Dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov olan səhnə əsərində əsas partiyaları Ukrayna Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Olqa Naqornaya, Əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin ifa ediblər. Opera tamaşasında, həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədovanın ifaları da maraqla qarşılanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riqoletto_operasi_numayis_olunub-913206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR