Mərci arıqladır

Mərci arıqladır
12:12 22 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Mərci ən çox sevilən qidalardan biridir. Qış aylarında ondan hazırlanan şorba və yeməklər qripə, soyuqlamaya qarşı faydalıdır. Türkiyəli həkim Ayça Kaya mərcinin faydalarından danışıb:

Milli.Az publika.az-a istinadən həkimin məsələhətlərini təqdim edir.
Doktor Ayça Kayanın sözlərinə görə, yaşıl və qırmızı mərci daha faydalı hesab olunur:

"Mərcinin bu iki növü zülalla zəngindir. Bu qidalar maddələr mübadiləsinin sürətini artırır. Bu da arıqlamağa kömək edir".
 
Həkim mərcinin orqanizm üçün yararlı karbohidratlar ehtiva etdiyini söyləyir:
 
"Karbohidratla zəngin olan mərci orqanizmi keyfiyyətli şəkərlə təmin edir. Kalorisi az olsa da, orqanizmin ehtiyacı olan bir çox vitamin və mineralı ödəyir. Pəhriz saxlayan insanlarda müşahidə edilən halsızlıq, yorğunluq kimi əlamətləri aradan qaldırır. Bunun üçün salatlara 2 xörək qaşığı suda bişirilmiş  yaşıl mərci əlavə etmək kifayətdir".
 
Ayça Kaya liflə zəngin olan bu qidanın həzm sisteminə yaxşı təsir etdiyini vurğulayır:
 
"Mərci ən keyfiyyətli lif mənbələrindən biridir. Lifli qidalar daha tez doymağa səbəb olduğu üçün arıqladır, həm də həzm sisteminin işini asanlaşdırır. Mərci bağırsaqlar üçün çox faydalıdır".
 
Həkim mərcinin, xüsusilə də, qadınlar üçün çox faydalı olduğunu qeyd edir:
 
"Qadınlar mərcini gündəlik qida menyularına əlavə etməlidirlər. Ələxüsus, klimaks dövrünü yaşayanlar mərci yesinlər. Çünki o, klimaksın əlamətlərini aradan qaldırır. Həmçinin, döş və yumurtalıq xərçəngindən qoruyur".  
 
Mərcinin təsirini artırmaq üçün onu müəyyən qidalarla birlikdə yemək məsləhət görülür:
 
"Mərci dəmirlə zəngindir. Onu yumurta və ya ətlə birlikdə yemək məsləhətdir. Mərcili yeməkləri limonla yemək lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/392158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR