​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər

​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər
12:17 22 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi yük avtomobilində narkotik vasitə aşkar edib. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Naxçıvan MR-dan İran ərazisindən tranzit keçməklə Biləsuvar istiqamətindən gələn Azərbaycan vətəndaşı A.Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gomrukculer-azerbaycan-vetendasinda-narkotik-askar-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR