Komitə sədri: “Azərbaycanda qadın sahibkarlar birliyinin yaradılmasına ehtiyac var”

Komitə sədri: “Azərbaycanda qadın sahibkarlar birliyinin yaradılmasına ehtiyac var”
12:22 22 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ “Azərbaycanda qadın sahibkarlar birliyinin yaradılmasına ehtiyac var”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, son dövrlər Azərbaycanda qadın sahibkarların sayı artıb: “Sahibkarlıqda qadınların təmsilçiliyi 19 faizə qalxıb”.
Sədr qeyd edib ki, Dövlət Komitəsi beynəlxalq təşkilatlarla birlikdə Azərbaycanın regionlarında qadınların sahibkarlığa cəlb olunması ilə bağlı pilot layihələr həyata keçirir: “Pilot layihələr çərçivəsində təhsildən yayınma, erkən nikah, məişət zorakılığının çox olduğu rayonlarda kiçik müəssisələr açıldı. Həmin müəssisələr bu gün də fəaliyyətlərini davam etdirir. Qeyd edim ki, biz regionlarda layihələr keçirəndə deyirdilər ki, siz heç nəyə nail olmayacaqsınız, qadınların həyat yoldaşları onlara imkan verməyəcək. Azərbaycan qadınları haqqında ancaq evdar qadın obrazı yaradılmışdı. Amma dövr göstərdi ki, bu istiqamətdə nə qədər çox iş görsən, faydası mütləq olacaq”.
H.Hüseynova qeyd edib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması onların iqtisadi baxımdan daha azad olmasına imkan yaradır: “Qadınların iqtisadi tərəfdən müstəqil olması bir çox problemlərin, o cümlədən də məişət zorakılığının qarşısı alır”.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/komite-sedri-azerbaycanda-qadin-sahibkarlar-birliyinin-yaradilmasina-ehtiyac-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR