​Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 45% azalıb

​Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 45% azalıb
12:22 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 203 785,20 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 34,6% azdır.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% azalaraq 265 318,45 min kVt/saata bərabər olub.
Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 15 655,10 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,11% azdır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanin-elektrik-enerjisi-ixracindan-gelirleri-45-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR