Bakıda törədilən dəhşətli qətllə bağlı cinayət işi açıldı

Bakıda törədilən dəhşətli qətllə bağlı cinayət işi açıldı
12:28 22 Dekabr 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Dünən gecə Bakının Keşlə qəsəbəsində 37 yaşlı Xəlilov Vüsal Ələkbər oğlunun xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Bakı şəhər prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə Vüsal Xəlilovun kirayədə yaşadığı evdə baş verib. Naməlum şəxs V.Xəlilovun başını həyat yoldaşı və övladının gözü qarşısında kəsərək hadisə yerindən qaçıb.

Qətlin hansı səbəbdən törədildiyi məlum deyil.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR