Əfqanıstan prezidentinin qarşılanma mərasimi olub

Əfqanıstan prezidentinin qarşılanma mərasimi olub
12:34 22 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Məhəmməd Əşrəf Qaninin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

 

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Əfqanıstan prezidentinə raport verib. Əfqanıstan və Azərbaycanın dövlət himnləri səslənib.

 

Prezident İlham Əliyev və prezident Məhəmməd Əşrəf Qani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Əfqanıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məhəmməd Əşrəf Qaniyə, Əfqanıstanın nümayəndə heyətinin üzvləri isə prezidentİlham Əliyevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR