İntizam Komitəsi klubları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda klubların cəzaları açıqlanıb:

Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 53-cü dəqiqəsində “Kəpəz” klubunun 23 №-li futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun bir qrup azərkeşləri tərəfindən “Neftçi” klubunun azərkeşlərinə daş atılmışdır. Bu səbəbdən də “Kəpəz” klubu ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 5000 manat cərimə olunur (maddə 50).

Topaz Premyer Liqasının XVIII turunun “İnter” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2). Əvəzedici heyətlərin XVIII turunun “Kəpəz” – “Neftçi” matçının 50-ci dəqiqəsində “Neftçi” klubunun 62 №-li futbolçusu Ömər Buludov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XVIII turunun AZAL – “Zirə” matçında AZAL klubunun 4, “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

I Divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).

I Divizionun XIII turunun “Göyəzən” – “Energetik” matçının 61-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XIII turunun “Neftçala” – “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR