Fərhad Hacıyev manatın devalvasiyasının Gənclər Fonduna təsirindən danışdı

Fərhad Hacıyev manatın devalvasiyasının Gənclər Fonduna təsirindən danışdı
12:52 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Son dövrlərdə dünyada, o cümlədən Azərbaycanda baş verən iqtisadi proseslər Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinə təsir göstərməyib. Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Fondun fəaliyyəti ilə bağlı məlumat verərkən deyib.

F.Hacıyev bildirib ki, Fond gənclər tərəfindən təqdim edilən layihələrin maliyyələşdirilməsini davam etdirəcək.

Onun sözlərinə görə, Gənclər Fondunun 2016-cı il üçün büdcəsi 4 milyon 778 min manat məbləğində nəzərdə tutulub ki, bu da 2014-cü il üçün nəzərdə tutulan büdcədən 250 374 manat çoxdur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR